ADNSU tələbələrinin təşkil etdiyi “TEDx ASOIU” konfransı keçirilib
Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tələbələrinin təşkil etdiyi “TEDx (Technology, Entertaiment, Design) ASOIU” konfransı baş tutub.
Tədbir Geoloji-kəşfiyyat fakültəsinin 4-cü kurs tələbəsi Ənvər Məmmədli və tələbələrdən ibarət komanda tərəfindən təşkil olunub. Ənvər Məmmədli tədbirdə iştirak edən qonaqları konfransın mövzusu və çıxış edəcək spikerlərlə tanış edib. “Sıfır Limit” mövzusunda baş tutan konfransda yerli və əcnəbi olmaqla 10 spiker iştirak edib. Spikerlər öz uğur hekayələrini “Sıfır Limit” mövzusu çərçivəsində iştirakçılarla bölüşüblər.
Sonda bütün komanda üzvlərinə sertifkat təqdim olunub.
Qeyd edək ki, TEDx müstəqil şəkildə təşkil edilən TED (Technology, Entertainment and Design) konfransıdır. TED hazırda dünyada mövcud olan ən iri fikir platformalarından biridir. Layihə 1984-cü ildə Riçard Vurmen tərəfindən ABŞ-da yaradılıb. TED hər hansı bir insanın konkret mövzuya aid maraqlı düşüncələrini bölüşməyə şərait yaradır. TED qaydalarına görə, spikerlər öz fikir və ideyalarını, demək istədiklərini minimum 3 dəqiqə, maksimum 15 dəqiqə ərzində auditoriyaya çatdırmalıdırlar. Çıxış edənlər arasında tanınmışlarla yanaşı adi vətəndaşlar da ola bilər.
-
ASOIU hosts meeting with representatives from the Education Stude...
representatives of the Education Student Loan Fund met with students at the Azerbaijan State Oil and...
-
Presentation of the "Young Talents Program" conducted at ASOIU
The presentation of SOCAR's "Young Talents Program" took place at Azerbaijan State Oil and Industry ...
-
ASOIU students participate in "Overview of HRM" seminar
On October 12, Turan Drilling and Engineering company organized a seminar on the topic of 'Overview ...
-
ASOIU teachers conduct open lesson at Neftchi Gurban Secondary Sc...
Teachers from Azerbaijan State Oil and Industry University (ASOIU) conducted an open lesson at Secon...