ADNSU-nun rektoru Meksikanın CETYS universitetinin kampusları və maddi-texniki bazası ilə tanış olub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, prof. Mustafa Babanlı Universitet Rektorları Beynəlxalq Assosiasiyasının yarımillik iclasında iştirak etmək üçün ABŞ və Meksikaya səfəri çərçivəsində Meksikanın CETYS universitetində olub. Fevralın 4-də ADNSU rektoru M.Babanlı Universitet Rektorları Beynəlxalq Assosiasiyasının digər üzvləri ilə birlikdə CETYS universitetinin Tixuana və Ensenada kampuslarını ziyarət edib, universitetin maddi-texniki bazası və obyektləri ilə tanış olublar. Həmin gün keçirilən panellərdə bir çox ölkələrdən olan rektorlar ali təhsildə innovasiyaların tətbiq edilməsi, startapların əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Mustafa Babanlı 2016-cı ildən Universitet Rektorları Beynəlxalq Assosiasiyasının üzvüdür. San Dieqo Universiteti (ABŞ) və CETYS Universitetinin (Meksika) həmtəşkilatçılığı ilə 1-5 fevral tarixlərində Universitet Rektorlarının Beynəlxalq Assosiasiyasının yarımillik iclası keçirilib. Bu yaxınlarda qurum tərəfindən Mustafa Babanlının şəxsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə regional koordinatorluq və növbəti iclasın 2018-ci ildə Bakıda keçirilməsi təklif olunub.
-
ASOIU hosts meeting with representatives from the Education Stude...
representatives of the Education Student Loan Fund met with students at the Azerbaijan State Oil and...
-
Presentation of the "Young Talents Program" conducted at ASOIU
The presentation of SOCAR's "Young Talents Program" took place at Azerbaijan State Oil and Industry ...
-
ASOIU students participate in "Overview of HRM" seminar
On October 12, Turan Drilling and Engineering company organized a seminar on the topic of 'Overview ...
-
ASOIU teachers conduct open lesson at Neftchi Gurban Secondary Sc...
Teachers from Azerbaijan State Oil and Industry University (ASOIU) conducted an open lesson at Secon...