ADNSU və Riqa Texniki Universiteti arasında çoxşaxəli əməkdaşlığa dair razılıq əldə olunub
Noyabrın 26-da Latviyada işgüzar səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Riqa Texniki Universitetinin (RTU) rektoru Tālis Juhna ilə görüşüb. Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanovun təşkilatçılığı keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub və bir sıra vacib istiqamətlərdə birgə fəaliyyətə maraq ifadə edilib.
Görüşdə hər iki tərəf tələbələr, müəllimlər və tədqiqatçılar arasında mobillik mübadilə proqramlarının yaradılmasını akademik və mədəni əlaqələrin inkişafı baxımından vacib hesab edib. Bundan əlavə, qlobal çağırışların, xüsusilə davamlılıq, enerji və qabaqcıl texnologiyaların həllinə yönəlmiş birgə tədqiqat platformasının qurulması təklif edilib. ADNSU-nun doktorantura proqramlarının təkmilləşdirilməsi və elmi araşdırmaların təsirinin artırılması məqsədilə RTU-nun CERN laboratoriyaları ilə əməkdaşlıq modeli nümunəsində oxşar proqramların həyata keçirilməsi də toxunulan məsələlərdən olub.
Görüşdə həmçinin, tələbələr üçün birgə yay məktəblərinin təşkili məsələsi nəzərdən keçirilib. Hər iki tərəf beynəlxalq reytinqlərdə mövqelərini daha da gücləndirmək məqsədilə əməkdaşlıq etməyin önəmini qeyd edib. Görüşdə ADNSU və RTU arasında qurulmuş əməkdaşlığın gələcəkdə hər iki universitetin beynəlxalq səviyyədə nailiyyətlərini daha da artırmağa xidmət edəcəyinə əminlik ifadə olunub.
-
ASOIU hosts meeting with representatives from the Education Stude...
representatives of the Education Student Loan Fund met with students at the Azerbaijan State Oil and...
-
Presentation of the "Young Talents Program" conducted at ASOIU
The presentation of SOCAR's "Young Talents Program" took place at Azerbaijan State Oil and Industry ...
-
ASOIU students participate in "Overview of HRM" seminar
On October 12, Turan Drilling and Engineering company organized a seminar on the topic of 'Overview ...
-
ASOIU teachers conduct open lesson at Neftchi Gurban Secondary Sc...
Teachers from Azerbaijan State Oil and Industry University (ASOIU) conducted an open lesson at Secon...