ADNSU ilə ATU arasında əməkdaşlığa dair müqavilə imzalandı
Dekabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru, professor Akif Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları ADNSU-da görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı universitetdə son vaxtlar görülən işlərdən danışıb. Universitetdə sərbəst işlərin təqdimatla əvəz olunduğunu bildirən rektor M.Babanlı bu təqdimatların tələbələrin buraxılış işlərinə uyğun olduğu üçün diplom müdafiəsində onların işini asanlaşdıracağını qeyd edib.
Görüşdə tərəflər arasında “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlığının birgə yerinə yetirilməsi haqqında müqavilə imzalanıb. Müqavilədə ATU-da qeyd olunan 4 ixtisas üzrə təhsil alan tələbələrin bir semestr ADNSU-da təhsil almalarına şərait yaratmaq, ATU-da həmin ixtisaslar üzrə keçirilən aralıq və yekun attestasiyalarda ADNSU-nun professor-müəllim heyətinin iştirakını təmin etmək, bu ixtisaslar üzrə ADNSU-da tərtib olunan tədris planlarının və müvafiq fənn proqramlarının ATU-ya verilməsi və başqa məsələlər öz əksini tapıb.
Sonda ADNSU və ATU rəhbərliyi gələcəkdə tələbə mübadiləsi, magistr və doktorantura pilləsində əməkdaşlıq, ATU-nun müəyyən kredit qazana bilməyən tələbələri üçün ADNSU-da yay semestrinin təşkil olunması, “Erasmus+” və “HORİZON 2020” kimi beynəlxalq layihələrdə birgə iştirak və s. istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.
-
ASOIU hosts meeting with representatives from the Education Stude...
representatives of the Education Student Loan Fund met with students at the Azerbaijan State Oil and...
-
Presentation of the "Young Talents Program" conducted at ASOIU
The presentation of SOCAR's "Young Talents Program" took place at Azerbaijan State Oil and Industry ...
-
ASOIU students participate in "Overview of HRM" seminar
On October 12, Turan Drilling and Engineering company organized a seminar on the topic of 'Overview ...
-
ASOIU teachers conduct open lesson at Neftchi Gurban Secondary Sc...
Teachers from Azerbaijan State Oil and Industry University (ASOIU) conducted an open lesson at Secon...